Bakıda AĞIR QƏZA: xəsarət alanlar var

Baxış sayı:
124

Bakıda iki nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifet.az xəbər verir ki, hadisə Səbail rayonu Bibiheybət qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, qəza nəticəsində 1986-cı il təvəllüdlü Mustafayev Elşən Hüseynağa oğlu, 1937- ci il təvəllüdlü Abdulova Səkinə Kamal qızı və 1989-cu il təvəllüdlü Əliyeva Gülnarə Elman qızı xəsarət alıblar.
Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
M.Elşənə qapalı kəllə-beyin travması, A. Səkinəyə sağ dizinin əzilməsi və sağ göz orbitasının hematoması, Ə. Gülnarəyə isə sağdan ikinci barmağının əzilməsi diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır (Report.az).