Bakıda ağır qəza - 2 qardaş xəstəxanalıq oldu

Baxış sayı:
6298

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə Suraxanı rayonu, İlqar Məmmədov küçəsində qeydə alınıb.
Belə ki, "Kia" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarında dayanan "Qazel" markalı avtomobilə çırpılıb. Hadisə zamanı Tarverdiyev Asim Talib oğlu və Tarverdiyev Rasim Talib oğlu xəsarət alıblar. Yaralıların hər ikisi üz nahiyəsinin və bədənlərin müxtəlif dərəcəli əziyi diaqnozları ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.//Report