Bakıda AĞIR QƏZA: 11 nəfər xəstəxanalıq oldu

Baxış sayı:
6412

Qala -Pirallahı yolunda (Zirədəki "Bolmarket"in yanı) avtoqəza baş verib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə, hadisə yerinə gələn təcili tibbi yardım briqadası 11 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı xəstəxanaya çatdırıb: "Xəstəxanadan verilən məlumata görə, müraciət edən 11 nəfərdən 9 ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. İki nəfərin müalicəsi davam edir. Həkimlər xastəxanada qalan iki nəfərin vəziyyətini orta ağır kimi qiymətləndirir. Həyatları üçün təhlükə yoxdur".