Bakıda AA seriyalı maşına hücum: çoxlu pul və qızıl oğurlandı

Bakıda özəl firmaya məxsus AA seriyalı maşının şüşələri sındırılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində baş verib.

Elə həmin küçədə yaşayan Böyük Britaniya vətəndaşı, 1977-ci il təvəllüdlü Azər Əliyevin idarə etdiyi Ram-X firmasına məxsus Nissan–Patrol markalı 10 AA 681 nömrəli avtomobilin şüşələri sındırılıb.

Maşından 3 min fund sterlinq, qızıl-zinət əşyaları və şəxsiyyət vəsiqələri oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.