Bakıda 5 yaşlı qızın başına gələn DƏHŞƏTLƏR: zorlanma, QİÇS və...

"Bakıda polis tərəfindən çılpaq və üzərində zorakılıq əlamətləri ilə tapılan 5 yaşlı qızda QİÇS aşkarlanması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir".
Muxalifet.az xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan Usaqlar Birliyinin sədr müavini, Uşaq Sığınacağı Reinteqrasiya mərkəzinin direktoru Vasif Akifli deyib.
Onun sözlərinə görə, həmin qız hazırda sığınacaqdadır:
“Uşaq Binəqədi polisi tərəfindən sığınacağa gətirilib. Polis qızın paltarsız halda tapdıqlarını demişdi. Biz də həmin uşağın valideynlərinin axtarılması üçün sosial şəbəkədəki şəxsi səhifələrimizdə elan verdik. Lakin yaxınlarından heç kimi tapa bilmədiyimizə görə sosial verilişlərin birinə çıxartdıq. Bu zaman qızın anası tapıldı. Lakin onun ifadə və davranışlarından fərqli həyat tərzi keçirdiyi və uşağını küçəyə atmaqda təəssüflənmədiyi məlum oldu. Hazırda həmin qız bizim sığınacaqdadır. Onda QİÇS aşkarlanmasına gəldikdə, sığınacağa gətirilən bütün uşaqlar kimi o da müayinə edilib. Üzərində fiziki zorakılıq əlamətləri müşahidə olunub. Cinsi zorakılığa məruz qalması hələ ki, sadəcə ehtimal ola bilər. Məhkəmə tibbi ekspertiza və bizim tərəfimizdən aparılan profilaktik müayinə nəticəsində uşaqda QİÇS aşkarlanmayıb. Lakin bu, aşkarlansa belə, məxfiliyi təmin edilməlidir. Əks halda, bunu açıqlayan cinayət məsuliyyətinə cəlb edilə bilər. Bir daha bildirirəm ki, mətbuatda həmin uşaq barədə yazılanlar həqiqəti əks etdirmir”.
Qeyd edək ki, mətbuatda 5 yaşlı qızda (şərti adı Nərgiz) QİÇS aşkarlanması, onun cinsi zorakılığa məruz qaldığı yazılıb.