​ Bakıda 5 nəfər qarpızdan zəhərləndi

“Həftə ərzində 5 nəfər qarpızdan zəhərlənmə diaqnozu ilə bizə müraciət edib”.
Bu barədə azvision.az-a Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov deyib.
O qeyd edib ki, hələki qarpız və yemişdən zəhərlənmələrlə bağlı kütləvi hal müşahidə edilməyib: “Müraciət edənlərə kömək göstərilib. Hələki xəstəxanada yatan və halı ağırlaşanlar olmayıb. Eyni zamanda iki nəfər çiyələkdən zəhərlənmə ilə bağlı müraciət edib ki, onlara da yardım edildikdən sonra evə buraxılıblar”.
A.Maqsudov bildirib ki, iyun ərzində 14 nəfər ilan sancması, 4 nəfər əqrəb sancması, 1 nəfər qara qurdla (hörümcək növü) bağlı onlara müraciət edib. O vurğualyıb ki, bu müddət ərzində müşahidə edilən zəhərlənmə halları ilə bağlı ölüm halı qeydə alınmayıb.