Bakıda 40 yaşlı kişi 9-cü mərtəbədən yıxıldı

Baxış sayı:
6949

Bakıda bədbəxt hadisə baş verib.

Hadisə Səbail rayonu, Gülbala Əliyev 9 ünvanında qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Novruzov Ramin Fazil oğlu yeni tikilən hündürmərtəbəli binadan yıxılıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kəllə-beyin travması və sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub. Yaralı reanimasiyaya yerləşdirilib (Report).