Bakıda 4 ay əvvəl işə getmək adı ilə evdən çıxan qadın itkin düşdü
22-11-2019 11:45
Baxış sayı:
5797
Bakıda 37 yaşı qadın 4 ay əvvəl itkin düşüb.
Muxalifet.az “Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi ərazisində baş verib.
Belə ki, 1982-ci il təvəllüdlü Vüsalə Mirzəyeva 4 ay əvvəl işə getmək adı ilə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Noyabrın 21-də isə qadının yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşları tərəfindən araşdırma aparılır.