Bakıda 300 min manatlıq hədiyyə maşın... evakuatorda

Bakı küçələrindən birində çəkilmiş foto sosial şəbəkədə böyük marağa və paylaşımlara səbəb olub.
Virtualaz.org xəbər verir ki, fotoda 99 DT 414 dövlət nömrə nişanlı evakuatorun üzərində qiyməti təxminən 300 min manat olan "Mercedes-Benz"-G63 avtomobili əks olunub.
Bahalı avtomobil gül və qırmızı lentlərlə bəzədilib. Avtomobilin ön şüşəsinin yuxarı tərəfindəki “atadan” və nömrə yerindəki “ad günün mübarək” sözləri onun hədiyyə olduğunu göstərir.
Həmin övladın və atasının adı isə məlum deyil.