​Bakıda 3 uşaq atası ÖZÜNÜ ÖLDÜRMƏK İSTƏYİR

Bakıda vətəndaş intihara cəhd edir.
AzVision.az xəbər verir ki, kimliyi məlum olmayan şəxs paytaxtın Yasamal rayonu, 568-ci məhəlləsində Elite City MMC tərəfindən aparılan tikintiyə etiraz edərək 9 mərtəbəli yaşayış binasının damına çıxaraq intihar edəcəyini deyir.
Qonşuların bildirdiyinə görə, intihara cəhd edən şəxsin 3 övladı var.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri gəlib. Hazırda intihara cəhdin qarşısı alınması üçün onunla psixoloji söhbət aparılır.