Bakıda 3 avtomobil toqquşub, xəsarət alan var

Hadisəni törədən sürücü saxlanılıb
 
Bakıda 3 avtomobil toqquşub, xəsarət alan var.
Hadisə Sabunçu rayonunda qeydə alınıb.
Kürdəxanı qəsəbəsində "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yol kənarında dayanan "Vaz 21 07" və "Daewoo" markalı avtomobilə çırpılıb. Zərbə o qədər güclü olub ki, "Vaz 2107"-nin sürücüsü 53 yaşlı Səfərov Səxavət Əlirza oğlunun avtomobilinin önündə dayanarkən xəsarət alıb. Müxtəlif bədən xəsarətləri alan S.Səfərov 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Qəza nəticəsində hər üç avtomobil deformasiyaya uğrayıb. Hadisənin baş veridyi ünvana Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Hadisəni törədən sürücü saxlanılıb.
Araşdırma aparılır./report