Bakıda 27 yaşlı kişi 46 yaşlı qadını zorlamaq istədi, QADIN ÖZÜNÜ BİNADAN ATDI

Baxış sayı:
3310

Bakıda xoşagəlməz hadisə baş verib.

Media.az xəbər verir ki, qadın zorlanmadan qurtulmaq üçün özünü üçüncü mərtəbədən atıb.

Verilən məlumata görə, hadisə 9 sentyabr, saat 22:50-də Qaradağ rayonu, Sahil qəsəbəsində baş verib.

1972-ci il təvəllüdlü Z.Məmmədova ağır bədən xəsarətlərilə Klinik Tibb Mərkəzinə yerləşdirilib. 

Araşdırmalar zamanı məlum olub ki, Seyidov küçəsi 21 ünvanında Z.Məmmədova tanışı 1991-ci il təvəllüdlü İ.Vəlizadə tərəfindən hücuma məruz qalıb. Qadın gənc tərəfindən zorlanmamaq üçün özünü pəncərədən yerə atıb.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisədə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı Qaradağ rayonunda cinayət işi başlanılıb, araşdırmalar aparılır.