Bakıda 27 yaşlı gənci avtomobili vurub

Tural Məmmədov ağır xəsarətlər alıb
 
Bakıda gənc oğlanı minik avtomobili vurub.
Hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Bakıxanov qəsəbəsi, Gənclik küçəsində 27 yaşlı Məmmədov Tural Ceyhun oğlu yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçərkən onu "Hyundai" markalı avtomobil vurub. Nəticədə T. Məmmədov ağır xəsarətlər alıb.
O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.