Bakıda 26 yaşlı oğlan İNTİHARA CƏHD ETDİ

Bakıda gənc oğlan intihara cəhd edib.
Muxalifet.az lent.az-a istinadən xəbər verir ki, Səbail rayonu Ə.Nəzmi küçəsində yaşayan, 1991-ci il təvəllüdlü Camalxanov Turxan Elxan oğlu yaşadığı ünvanda psixotrop dərmanı içib.
O, tavmatoloji xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.