Bakıda 25 yaşlı qızı polis axtarır - İTKİN DÜŞÜB

Baxış sayı:
1810

Bakıda 25 yaşlı qız itkin düşüb.

Belə ki, şəhər sakini Sevinc Məmmədxanova  Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək onunla birlikdə yaşayan qızı, 25 yaşlı Nuriyə Məmmədxanovanın yaşadığı evdən çıxıb bir daha geri qayıtmadığını bildirib.

Hadisə ilə əlaqədar Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsində əməliyyat-axtarış tədbirləri davam etdirilir./apa