Bakıda 23 yaşlı oğlan ağır qəza törətdi: ÖLƏN VAR

Baxış sayı:
3154

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Nizami rayonu Qara Qarayev prospektində 1995-ci il təvəllüdlü Diniyev Elməddin Ramiz oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə yola çıxan 60-65 yaşlı kişini vurub. Ağır xəsarət alan piyada xəstəxanaya çatdırılsa da, orada keçinib.
Faktla bağlı Nizami rayon Polis İdarəsində cinayət işi açılıb. Ölən şəxsin kimliyi dəqiqləşdirilir.