Bakıda 20 yaşlı qadın itkin düşdü - Yaxınlarına zəng edib...

Baxış sayı:
322

Bakıda 20 yaşlı qadın itkin düşüb.

Muxalifet.az Oxu.az-a istinadən xəbər verir ki, Binəqədi rayonu, 28 May qəsəbəsində fərdi evdə yaşayan Hüseynova Gültəkin Natiq qızı ayın 8-i saat 11 radələrində evdən çıxıb və telefon vasitəsilə bir daha evə qayıtmayacağını bildirib.

Bu barədə hüquq-mühafizə orqanlarına onun həyat yoldaşı, 1996-cı il təvəllüdlü Əliyev Yusif Elşən oğlu ərizə ilə müraciət edib.

Faktla bağlı Binəqədi RPİ-də araşdırma aparılır.