Bakıda 20 yaşlı gəlin kirayə qaldığı evdə ölü tapıldı

Baxış sayı:
1696

Bakıda qadının kirayə qaldığı evdə meyiti tapılıb.

Hadisə paytaxtın Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 54, mənzil 39-da baş verib.

1998-ci il təvəllüdlü Aydan Allahverdiyevanın meyiti kirayə yaşadığı evin hamam otağında aşkar edilib.

Qayınanası bildirib ki, onun meyitini hamamda dəm qazından boğularaq ölmüş vəziyyətdə aşkarlayıb.

Faktla bağlı cinayət işi başlanıb./trend