​Bakıda 20 nömrəli məktəbin yaxınlığında yanğın

Baxış sayı:
8791

Bakıda 20 nömrəli məktəbin yaxınlığında yanğın hadisəsi baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 
Məlumatda bildirilir ki, Yasamal rayonunda ümumi sahəsi 25 m² olan taxtadan ibarət köməkçi tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.