Bakıda 2 avtomobil TOQQUŞDU – ÖLƏN VAR / FOTOLAR

Mercedes markalı minik avtomobili ilə Hyundai markalı avtomobil toqquşub
 
Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Hadisə Sabunçu rayonu Rüstəm Rüstəmov küçəsində qeydə alınıb. "Mercedes" markalı minik avtomobili ilə "Hyundai" markalı avtomobil toqquşub. Nəticədə bir nəfər həlak olub. Daha üç nəfər - Abbasov Nəsimi Nəbi oğlu, Məmmədov Orxan Elçin oğlu və Gülməmmədov Namiq Umud oğlu yaralı vəziyyətdə üç saylı şəhər xəstəxanasına aparılıb.
Hazırda sabunçu polisi hadisənin dəqiq baş vermə səbəblərin araşdırır.