Bakıda 18 yaşlı qız itkin düşüb

Bakıda 18 yaşlı qız itkin düşüb.
 
Binəqədi rayonunun Biləcəri qəsəbəsinin sakini, 1999-cu il təvəllüdlü Ayşən Abbasova iyulun 27-də itkin düşüb. Onun yoxa çıxması barədə yaxınları ötən gün polisə məlumat veriblər.
 Hazırda A. Abbasovanın tapılması istiqamətində axtarışlar davam etdirilir.