Bakıda 15 yaşlı qızdan ağlasığmaz hərəkət – GECƏ SAAT 3-DƏ...

Baxış sayı:
4930

Bakıda yeniyetmə qız yaşadığı evdən xeyli pul və bahalı telefon götürərək qaçıb.
Suraxanı rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinə müraciət edən 1983-cü il təvəllüdlü Firəngiz Zərbəliyeva (adlar şərtidir) Binə qəsəbəsində onunla birgə yaşayan qızı Aytənin noyabrın 11-nə keçən gecə saat 03 radələrində evdən qaçdığını bildirib. Qadın əlavə edib ki, 15 yaşlı qızı evdən qaçarkən 6 min manat pul və “İPhone” markalı telefonu da özü ilə aparıb.
Faktla bağlı əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
15 yaşlı qızın harada olduğu hələlik məlum deyil./Publika.az/