Bakıda 15 yaşlı qız itkin düşüb

Bakıda 15 yaşlı qız itkin düşüb.
 
Paytaxtın Nəsimi rayon sakini, 2002-ci il təvəllüdlü Xalidə Seyfullayevanın itkin düşməsi barədə polisə məlumat daxil olub. Məlumata görə, X. Seyfullayeva avqustun 5-də yaşadığı evdən gedib və bir daha geri qayıtmayıb.
 Hazırda onun tapılması istiqamətində axtarışlar davam etdirilir.