Bakıda 14 yaşlı oğlanı silahla hədələyib qarət etdilər

Baxış sayı:
218

Bakıda azyaşlı qarət edilib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.

Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Qasımov Fərid İsa oğlu Nizami rayonu, M.Şərifli küçəsi, 25 ünvanında olarkən 2 nəfər naməlum şəxs onun qarşısını kəsərək bıçaqla hədələyib üzərində olan 2 ədəd "Samsung" markalı telefonu alaraq hadisə yerindən qaçıb.

Faktla bağlı cinayət işi başlanıb.