Bakı və Madriddəki final oyunlarının müqayisəsi: Həbs olunan azarkeşlər, bara hücum edən polislər, saxta bilet satanlar...

Baxış sayı:
1087

İspaniyanın paytaxtı Madriddə yerləşən "Vanda Metropolitano" stadionunda İngiltərənin "Tottenhem" və "Liverpul" komandaları arasında Çempionlar Liqasının final oyunu keçirildi. Rəqibinə 2-0 hesabı ilə qalib gələn “Liverpul” 14 ildən sonra yenidən Çempionlar Liqasının qalibi oldu.

Mayın 29-da isə Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının finalında “Arsenal” ilə “Çelsi” üz-üzə gəldi. Həmin oyun isə 4-1 hesabı ilə “Çelsi”nin qələbəsi ilə başa çatdı.

Diqqət etdinizmi? Hər iki finalda meydana çıxan komandaların hamısı İngiltərəni təmsil edirdi. Bu, ən azı nadir hadisədir. Futbol tarixində belə bir şeyin olmasını xatırlamıram...

"Qırmızılar" 14 avqust 2019-cu ildə Türkiyənin İstanbul şəhərindəki "Wodafone Park"da keçiriləcək UEFA Super Kuboku matçında “Mavilər”lə qarşılaşacaq. İstanbulda keçiriləcək oyun barədə Qərb mediası nə yazacaq? İndidən nə isə demək çətindir. 
Ancaq Bakıda və Madriddə keçirilmiş final oyunları artıq arxada qalıb. Müqayisə üçün xeyli əsaslar var. Biz ortada olan faktları sıralayacağıq. Nəticəni isə özünüz çıxardarsız.

Bakidan başlayaq. “Arsenal”ın erməni əsilli yarımmüdafiəçisi Henrix Mxitaryanın Bakıya gəlməkdən nümayişkaranə şəkildə imtina etməsi və onun bu hərəkətinin “Arsenal” klubu tərəfindən dəstəklənməsi Britaniya mediasının anti-Azərbaycan kampaniyasına start verməsinə fürsət yaratdı. Erməni hökuməti və erməni diasporunun ciddi səyləri nəticəsində Azərbaycana düşmən olan qüvvələr xeyli fəallaşdı. Azərbaycanla bağlı hər şeyi boz-bulanlıq rənglərlə təqdim edən Qərb mediası utanıb-qızarmadan qərəzli şəkildə yalana informasiyalar yayırdılar.

Amerikanın “NBC News” nəşri isə lap ağ elədi: “Sovet İttifaqı dönəmində region (Dağlıq Qarabağ) Azərbaycana məxsus olub. Ancaq orada yaşayanların 95 (?) faizi erməni idi”. Təbii ki, “NBC News” Qarabağ həqiqətlərin bizdən pis bilmir. Amma bu, onlara dezinformasiya yaymasına mane olmadı.

Qərb mediasında bu məsələ ilə əlaqəli gedən yazıların bir çoxunu nəzərdən keçirmişdim. Ermənilərə simpatiya, Azərbaycana qarşı isə qərəzkarlıq birmənalı şəkildə ortada idi. Bu qərəzkarlıq hətta ikili standartlar çərçivəsindən belə xeyli kənara çıxmışdı. Bu kimi hallarla tez-tez üzləşdiyimə görə Qərb mediasında gedən yazılara tənqidi yanaşıaram.

“BBC” Madriddə baş tutan final oyunu haqqında yazır ki, cümə gününü yolda keçirən hər iki komandanın azarkeşlər İspaniyaya fırıldaqçılarla üzləşib. UEFA bəyan edib ki, müxtəlif bəhanələrlə sizin biletinizi əlinizdən alıb “yoxlamaq” istəyəcəklər. Buna imkan verməyin. Çünki cinayətkar qruplar bu yolla sizi aldatmaq istəyir.

“BBC” yazır: “Azarkeşlərə xəbərdarlıq edilib ki, giris biletini yalnız stadionun yoxlama zonasında olan kəslərə göstərmək olar. 
İspaniya polisi bir çox adamı saxta bilet satdığına görə həbs edib. O cümlədən, “Liverpul” azarkeşlərinin toplaşdığı məkanda saxta bilet satmağa cəhd edən iki nəfər saxlanılıb”.

İspaniya polisi ingilis azarkeşlərə bildirib ki, yaxşı olar ki, onlar özlərini “turist kimi aparsınlar”. Fanatlara nəzarəti gücləndirmək üçün şəhərə əlavə olaraq 1.300 polis zabiti yeridilib.

Polis zabiti Jose Ramon Carrasco “BBC”yə deyib: “Biz başa düşürük ki, azarkeşlər səs-küy salacaq, kefləri kökdür, nəğmə oxuyacaq, bunları başa düşmək olar. Ancaq azarkeşlər butulkaları küçələrə vızıldadanda və ya bir-biri ilə dava edəndə onları başa düşmək bizim üçün çətin olur. Belə davranış qəbul olunmazdır”.

“BBC” onu da qeyd edir ki, finalla bağlı təşkil olunmuş bəzi carter uçuşlarında yaranmış problemlər də azarkeşləri məyus edib. “BBC” 4 ingilis azarkeşin finaldan öncə polis tərəfindən həbs olunduğu haqqında da məlumat yayıb. Həbs olunanların polislərə də hücum etdiyi vurğulanır. Digər mənbələr isə 6 nəfərin polis tərəfindən saxlanıldığını bildirir.

“BBC”nin başqa bir xəbərində isə deyilir ki, “Radio Wales”in aparıcısı 47 yaşlı Wynne Evans özünə və 14 yaşlı oğluna bilet almağa çalışıb. Online aldığı bileti sonra başqasına satıblar. Görüblər ki, həmin bileti daha da baha satmaq mümkündür. Onun iki bilet üçün ödədiyi 7 min funt-sterlinqin geri ala biləcəyi də sual altındadır. Buna baxmayaraq, məşhur aparıcı “Qara Bazar”a üz tutub. Özünə və oğluna bilet alıb.

Onlar heç bir halda bu finaldan kənarda qala bilməzdi. Bəs o, ikinci dəfə aldığı biletə nə qədər verib? “7 min funt-sterlinqdən çox ödədim”, deyir.

“CNN” isə daha dəhşətli şeylər yazıb: “Biletin biri 10 min dollar, 12 saat yol gəlmiş insanlara gecələmək üçün yeri 9 min dollara verirlər”.

Məqalədə deyilir ki, Madrid rəhbərliyinin hesablamasına görə, final oyununu izləmək üçün 100 min ingilis azarkeş paytaxta gəlib. Stadion isə 68 min nəfər tutur. UEFA-nın rəsmi saytı üzərindən 4 min bilet satılıb. Hər iki komandanın azarkeşlərinə isə 17 min bilet verilib. Yerdə qalan biletlər isə müxtəlif təşkilatlara ötürülüb.

“CNN” dönə-dənə qeyd edir ki, bilet almaqla bağlı ciddi problem yaşanıb. “Liverpulun” azarkeşi “CNN”ə deyib ki, bir nəfər "Tottenhem"in azarkeşinə bileti 8 min funt sterlingə (10.100 dollar) satdı. 31 min dollardan baha satılan bilet haqqında da “CNN”ə məlumat daxil olub. 
Rusiyanın “matchtv.ru” saytı isə bildirir ki, UEFA azarkeşlərə xəbərdarlıq edib ki, qara bazarda satılan biletlərin əksəriyyəti saxtadır. Saxta bilet alanlar isə stadiona buraxılmayacaq. Zatən “BBC” də, “CNN” də final oyunu ilə bağlı hazırladıqları reportajlarda saxta bilet məsələsinə dönə-dönə toxunurlar.

Britaniyanın “standard.co.uk” saytı da 4 azarkeşin həbs olunması barədə xəbər yayıb və əlavə edib ki, azarkeşlərdən biri polis tərəfindən “heç bir səbəb olmadan” döyülüb və həmin insident lentə alınıb.

www.iol.co.za saytınında da biletlərin baha satılması ilə bağlı belə bir məqam diqqət çəkir “Qara bazardan bilet alanlar arasında Türkiyədən gələn mühəndis Kemam Kalkavar da vardı. O, “Liverpul un azarkeşidir və Ankaradan bir qrup dostu ilə Madridə uçub. Bilet almaq üçün 5 min avrodan keçməyə hazırdı...

İspaniya polisi cümə günü Venesueladan olan bir xanımı Sol meydanında həbs edib. O, Ruminiyadan gələn azarkeşə 4.200 avroya saxta bilet satarkən yaxalanıb. Bu məlumat Polis İdarəsinin mətbuat katibi tərəfindən səslənib.

Sayt daha iki nəfərin saxta bilet satdığına görə həbs olunduğunu bildirir və qeyd edir ki, polisin həbs etdiyi ingilis azarkeşin çantasından üyüşdürücü maddə çıxıb.

Bu sayt isə iddia edir ki, 70 ingilis həftə sonunun Madriddə keçirəcək və onlar şəhərdə 21 milyon avro xərcləyəcək. 56 yaşlı hesabdar Lew Cooper deyir ki, o, oğlu Robertlə Madridə gəlib. Ancaq o, təyyarəyə bilet almaqda çətinlik çəkib. Çünki biletlər çox baha idi. Ona görə də onlar gəmi ilə İspaniyaya gəlib, daha sonra isə qatara bilet alıblar.

“The Washington Post” isə qeyd edir ki, Mohamed Salahin vurduğu 11 metirlik cərimə topundan sonra ən maraqlı hadisə 18-ci dəqiqədə yaşandı. Çimərlik paltarında olan bir xanım özünü yaşıl meydana atdı və oyunda fasilə yarandı...

“irishmirror.ie” isə yazır ki, 33 yaşlı ingilis azarkeş kütlə qarşısında masturbasiya nümayiş etdirib və həmin görüntülər sosial şəbəkələrdə yayımlanıb. Daha sonra o, İtaliyadan gələn turisti ələ salıb və polisə hücum çəkib. Həmin şəxs cümə günü axşam polis tərəfindən həbs olunub.

İspaniyanın “El Mundo” qəzeti isə yazır ki, həmin şəxs qadın turistə zərbə endirib və xəsarət alan xanımı xəstəxanaya çatdırıblar. 
“irishmirror.ie” qeyd edir ki, polisin gecə barlarının birinə soxulması və 50 nəfərə hücum etməsi barədə də iddialar var. Deyilir ki, polis hücum nəticəsində bir çox turist yaralanıb.

Men in Blazers adlı “Twetter” istifadəçisi isə yazıb: “Bakı, sənə güldüyümüzə görə bizi bağışla. Geriyə baxanda görürük ki, ora Madriddən daha yaxşı idi”.

Başqa bir istifadəçi- SBNation Real Madrid saytının baş redaktoru Lucas Navarrete yazır ki, bu, Çempionlar Liqasında bizim baxdığımız ən pis final oyunu idi.

Britaniyanın “The Daily Mail” nəşri isə final oyunu zamanı meydana çıxan yarımçılpaq qadının rus modeli olduğunu və sevgilisinin porno-saytını reklam etmək üçün saytın adının sinəsinə yazdığını bildirir.

Bu yolla xanım Kinsey Wolanski sevgilisi Vitaly Zdorovetski-nin “Vitaly Uncensored” saytını məşhurlaşdırmaq istəyib. 2014-cü ilin Dünya Çempionatının finalında isə Vitaly özü şəxsən yaşıl meydana hücum çəkmişdi.  Xanım Wolanskinin isə “Instagram”da 300 min izləyicisi var.

“Vitaly Uncensored”a “YouTube” üzərindən 1.6 milyard adam baxıb. Vitaly Zdorovetskiy “YouTube”da daha çox “VitalyzdTv” adı ilə tanınır.

Elbəyi Həsənli, Sürix

https://www.iol.co.za/sport/soccer/uefa-champions-league/english-fans-swarm-madrid-for-champions-league-final-24697879

https://www.standard.co.uk/news/crime/champions-league-final-four-brits-arrested-in-madrid-as-spurs-fans-complain-of-being-battered-by-a4156901.html

https://www.bbc.com/news/uk-wales-48483982

https://www.dailymail.co.uk/sport/article-7094621/Russian-swimsuit-clad-model-invades-Champions-League-final-pitch-advertise-x-rated-website.html

https://edition.cnn.com/2019/05/31/football/champions-league-final-liverpool-tottenham-football-spt-intl-gbr/index.html