​Bakı üç nəfər bıçaqlandı – BİRİ ÖLDÜ, İKİSİ YARALIDIR

Bakının Nizami rayonunda bir gecədə iki nəfər bıçaqlanıb.
Hadisələrin birində 1982-ci il təvəllüdlü Fərəcov Elməddin Elbəyi oğlu tanımadığı şəxslərin bıçaqlı hücumuna məruz qalıb.
Müxtəlif nahiyələrindən xəsarət alan 35 yaşlı kişini 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıblar. Cərrahi əməliyyatdan sonra onun vəziyyətinin orta ağır olduğu deyilir.
Metronun "Qara Qarayev" stansiyasının yaxınlığında baş vermiş digər qanlı hadisə zamanı 1991-ci il təvəllüdlü Səmədzadə Elşən Lətif oğluna bıçaqla xəsarət yetirilib. Onun da tanımadığı şəxslə mübahisə zamanı bıçaqlandığı bildirilir. E.Səmədzadə hazırda xəstəxanada həkim nəzarəti altındadır.
Bakıda daha bir bıçaqlanma hadisəsi olub.
Ölümlə nəticələnən qanlı hadisə paytaxtın Suraxanı rayonunda baş verib.
Məlumata görə, Bülbülə qəsəbəsində yaşayan 1987-ci il təvəllüdlü Əhmədov Vasif Şirməmməd oğlu bıçaqlanıb. V.Əhmədov evdə olarkən hələlik istintaqa məlum olmayan bir neçə nəfər onu küçəyə çağırıb. Yaşadığı evin yaxınlığında həmin şəxslərlə mübahisə zamanı onlardan biri V.Əhmədova bıçaqla xəsarətlər yetirib. 30 yaşlı gənc yaxınları tərəfindən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hər bir faktla əlaqədar əməliyyat-axtarış işlərinə başlanılıb(apa).