​Bakı, Tiflis, Ankara və Tehran arasındakı görüşlər... - Txilava

Baxış sayı:
5401

Azərbaycan, İran, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin martın 15-də Bakıda keçiriləcək dördtərəfli görüşü yeni formatdır. Düşünürəm ki, bu format regional əməkdaşlığın hərtərəfli inkişafına təkan verəcək.
Muxalifet.az xəbər verir ki, bu fikirləri azərtac-a müsahibəsində gürcüstanlı politoloq Tengiz Txilava bildirib.
Politoloq deyib: “Bu gün Azərbaycan, Gürcüstan və Türkiyə regionda Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzrum qaz kəmərləri, TAP, TANAP kimi böyük layihələr həyata keçirirlər. Bu layihələr təkcə bizim region üçün deyil, dünya üçün faydalıdır və mühüm əhəmiyyət kəsb edir. Fikrimcə, zəngin karbohidrogen ehtiyatlarına malik olan İranın iştirakı ilə yeni siyasi formatın yaranması uğurlu perspektivlər vəd edir”.
Onun sözlərinə görə, üçtərəfli siyasi formatın genişlənməsi, İran kimi ölkənin bu formata qoşulması regionun iqtisadi inkişafı ilə yanaşı, təhülkəsizlik və sülhə də xidmət edəcək.
“Türkiyə və İran regionda çox böyük gücə malikdirlər. Onların Azərbaycan və Gürcüstan ilə birgə layihələrdə iştirakına böyük ümidlə baxıram. Hesab edirəm ki, yeni format tərəflərin hər biri üçün faydalı olacaq”, - deyə Txilava vurğulayıb.