Bakı-Tbilisi qatarının qəzaya uğraması barədə rəsmi açıqlama - YENİLƏNİB / VİDEO

Baxış sayı:
225

8 iyun 2019-cu ildə, saat 23:20-də dəmiryolunun Padar-Sığırlı mənzilində kontakt şəbəkəsində yaranmış nasazlıq nəticəsində qatarların hərəkətində ləngimə olub.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən virtualaz.org-a verilən məlumata görə, hərəkətdə olan 38/saylı Bakı-Tbilisi sərnişin qatarı yolda qalıb. Qatar teplovoz dartısı ilə Sığırlı stansiyasına gətirilib və ordan təyinatı üzrə yola salınıb.
Qeyd olunub ki, hadisə nəticəsində Bakı-Tbilisi sərnişin qatarının hərəkətində 2 saat ləngimə qeydə alınıb. Hazırda qatarlar qrafik üzrə hərəkət edir.

*** 08:20

Bakı-Tbilisi qatarında hərəkət bərpa olunub.
Oxu.az-a bu barədə sərnişinlərdən biri məlumat verib.
Bildirilib ki, qəzanın ilkin nəticələri aradan qaldırıldıqdan sonra hərəkətə icazə verilib.
Əraziyə isə xüsusi təyinatlı qatar gəlib və təmir işləri davam etdirilib.

** 00:46

Bakı - Tbilisi qatarı qəzaya uğrayıb.
Muxalifet.az “oxu.az”a istinadən xəbər verir ki, hadisə Bakı - Tbilisi dəmiryolu xəttinin Hacıqabul və Kürdəmir rayonları arasından keçən hissəsində baş verib.
Belə ki, qatar hərəkətdə olarkən üzərinə elektrik xətti düşüb. Bunun nəticəsində yanğın başlayıb.
Hazırda qatarda olan sərnişinlər elektrik gərginliyindən xəsarət almasınlar deyə vaqonlardan çölə buraxılmırlar.
Xəsarət alanlar barədə hələlik məlumat yoxdur.