​Bakı-Sumqayıt yolunda yük avtomobili yandı

Bakı-Sumqayıt yolunun “Şamaxinka” ərazisinə düşən hissəsində yük avtomobili yanıb.
Muxalifet.az-ın Musavat.com-a istinadən verdiyi məlumata görə, hələlik bilinməyən səbəblərdən tüstüləyən yük avtomobili anidən alışaraq, yanmağa başlayıb.
Hazırda əraziyə FHN əməkdaşları cəlb edilib, yanğının söndürülməsi istiqamətində işlər aparılır.