​Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA: Avtomobil PARÇA-PARÇA OLDU - FOTOLAR

Baxış sayı:
5482

Ötən gecə Bakı-Sumqayıt yolunda ağır yol qəzası baş verib.
Saat 22:30 radələrində magistralın 29-cu kilometrliyində - Sumqayıt şəhərinin girişində “Ford” markalı minik avtomobili yüksək sürətlə yolun kənarındakı maneəyə çırpılıb.
Nəticədə avtomobildə olan 25-35 yaşlı 3 kişi ağır xəsarətlər alıb və xəstəxanaya çatdırılıb.
Hadisə vaxtı zərbənin gücündən avtomobil bir neçə hissəyə parçalanıb.
Qəzanı əks etdirən fotoları təqdim edirik:/Publika