Bakı-Sumqayıt yolunda AĞIR QƏZA: "TIR" iki "Mercedes"lə toqquşdu - VİDEO

Baxış sayı:
10531

Bakı-Sumqayıt yolunda ağır qəza baş verib.
Trend-in məlumatına görə, qəza ötən axşam üzü Sumqayıt istiqamətində, "Ekologiya postu"nun yaxınlığında qeydə alınıb. "Mercedes" markalı 90-JK-709 dövlət qeydiyyat nişanlı "TIR" iki minik avtomobili olan "Mercedes" ilə toqquşub.
Nəticədə, minik maşınları yük maşını və dəmir arakəsmələr arasında sıxılıb qalıb və yararsız vəziyyətə düşüblər. Hadisə yerinə DYP əməkdaşları da cəlb olunublar, onlar yolda yaranmış tıxacı aradan qaldırmağa çalışıblar.