​Bakı-Sumqayıt yolunda ağır qəza: BNA məlumat yaydı

Baxış sayı:
7840

Bir qədər əvvəl Bakı-Sumqayıt yolunda 20 Yanvar dairəsi istiqamətində 119 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10 TG 174 dövlət qeydiyyat nişanlı avtobus qəzaya uğrayıb.
Muxalifet.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Feysbuk səhifəsində məlumat yayıb.
O bildirib ki, qəza ilə bağlı məlumat daxil olan kimi BNA əməkdaşları hadisə yerinə yollanıb:
“İlkin araşdırmalar nəticəsində və şahidlərin bildirdiyinə görə, hadisə minik avtomobilinin qəfildən avtobusun qarşısına çıxması səbəbindən baş verib. Hadisənin dəqiq başvermə səbəbi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq”.