Bakı-Sumqayıt yolunda 6 maşın toqquşdu

Baxış sayı:
12082

Bakı-Sumqayıt yolunda zəncirvari qəza olub. "Report" xəbər verir ki, hadisə yolun Xırdalan qəbristanlığının yaxınlığından keçən hissəsində qeydə alınıb. Qəza nəticəsində 6 maşın toqquşub. Xəsarət alan olmasa da, avtomobillərə xeyli ziyan dəyib. Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları gəlib və əraziyə evakuator cəlb olunub. Hazırda həmin yolda böyük tıxac var.