​Bakı-Sumqayıt şosesində avtomobil qəzası baş verdi

Baxış sayı: 59

Bakı-Sumqayıt şosesində avtomobil qəzası baş verib.
Sumqayıtdan Bakıya doğru hərəkət edən 99-GJ-170 dövlət nömrə nişanlı, "Mercedes Benz" markalı avtomobil qəza törədib.
Məlumata görə, idarəetmədən çıxan nəqliyyat vasitəsi iki yolu ayıran dəmir arakəsmələrə çırpılıb, daha sonra istiqamətini dəyişərək əks tərəfdəki yanacaqdoldurma məntəqəsinin səkisinə dəyib.
Nəticədə yanacaqdoldurma məntəqəsinin işıq dirəkləri aşıb. Yol təsərrüfatına və avtomobilə ciddi ziyan dəyib.
Qəza nəticəsində xəsarət alanın olmadığı deyilir.