Bakı-Sumqayıt qatarının hərəkət cədvəlində - Dəyişiklik

Baxış sayı:
3700

Fevralın 21-dən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində hissəvi dəyişiklik ediləcək
Muxalifet.az xəbər verir ki, bu barədə modern.az -a "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.
O deyib ki, Bakı-yük- Keşlə mənzilinin tək yolunda yolunda aparılan təmir işlərinə görə, "Texniki fasilə”nin verilməsi ilə əlaqədar fevralın 21-dən martın 6-dək Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli hissəvi dəyişdirilir.
Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər barədə www.ady.az saytından əldə edə bilərsiniz
Qeyd: - Hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003 nömrəli elektrik qatarları hərəkətdə olmayacaqlar.