Bakı-Sumqayıt elektrik qatarları iki gün hərəkətdə olmayacaq

Baxış sayı:
1225

Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, iyunun 14-15-də Bakı-Sumqayıt-Bakı marşrutu üzrə elektrik qatarlarının hərəkəti dayandırılacaq. 

Muxalifet.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir. 

İyunun 16-dan qatarların cari qrafik əsasında Abşeron Dairəvi dəmir yolu xətti üzrə hərəkəti bərpa olunacaq.