Bakı-Şamaxı yolunda hərəkət məhdudlaşdırılacaq - XƏBƏRDARLIQ

Baxış sayı:
8694

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü km-də (Hökməlin dairəsinin yanı) yerüstü piyada keçidinin tikintisi işləri həyata keçirilir. Piyada keçidinin tikintisini tamamlamaq üçün metal aşırım hissəsinin quraşdırılması tələb olunur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Muxalifet.az-a verilən məlumata görə, bu səbəbdən də magistralın sözügedən hissəsində 26 may tarixində səhər saat 05:00-dan 09:00-a kimi hərəkət məhdudlaşdırılacaq.
Alternativ olaraq sürücülər şəhər mərkəzinə Hökməli qəsəbəsinin daxili yolundan və Bakı-Sumqayıt şosesindən istifadə edərək gələ bilərlər.
Sürücülərdən göstərilən saatlarda alternativ yollardan istifadə etmələrini xahiş edilir.