Bakı sakinlərinə MÜRACİƏT...

Baxış sayı:
593

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə ictimaiyyətə müraciət ünvanlayıb.
Muxalifet.az bu barədə axar.az-a istinadla bildirir ki, qurumun rəisi Raqif Abbasov yaşından, vəzifəsindən asılı olmayaraq hər kəsi aksiyaya qoşulmağa dəvət edərək deyib: “Noyabrın 9-da ölkəmizdə Dövlət Bayrağı Günü qeyd olunacaq. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi olaraq paytaxt sakinlərini, gəncləri, vətəndaşlarımızı böyük aksiyaya qoşulmağa dəvət edirik. Həmin gün əhalini inzibati binalardan, evlərdən, eyvanlardan, nəqliyyat vasitələrindən üçrəngli bayrağımızı asmağa dəvət edir, həmrəy olmağımızı, milli atributumuz olan bayrağa sevgi və hörmətimizi, aksiya vasitəsilə tezliklə üçrəngli bayrağımızı Qarabağımızda, Xankəndidə asacağımıza hamımızın həmrəy olduğunu göstərməyə çağırış edirik”.
R.Abbasov Baş İdarə tərəfindən bayramla əlaqədar bir neçə tədbirlərin də keçiriləcəyini vurğulayaraq bildirib: “Dövlət Bayrağı Günü ilə bağlı Sabunçu rayonunun Nardaran qəsəbəsində veloyürüş keçiriləcək, Gəncliyə Yardım Fondunda “Mənim bayrağım” adlı inşa müsabiqəsinin qalibləri mükafatlandırılacaq. Orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında Azərbaycan gəncliyinin dövlət bayrağına sevgisinin artırılması məqsədilə “dəyirmi masa”lar və digər tədbirlər təşkil olunacaq.