​Bakı sakinini amansızlıqla öldürən 5 NƏFƏR TUTULDU - HADİSƏNİN VİDEOSU

Baxış sayı:
4009

İyulun 19-da saat 1 radələrində Abşeron rayonunun Nübar qəsəbəsi ərazisindən Bakı şəhər sakini Fərid Qurbanovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, faktla bağlı cinayət işi başlanılıb. İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində F.Qurbanovu deşici alətlə (amburla) qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Fəxri Şahbazlı, habelə hadisənin digər iştirakçıları - Misir Abdullayev, Araz Heydərov, Zamiq Quliyev və Ərşad İsayev saxlanılaraq istintaqa təhvil veriliblər.
Qeyd edək ki, hadisə F.Qurbanov və bir neçə nəfərin ərazidə su filtri satan firma işçiləri ilə dalaşması zamanı baş verib. F.Qurbanovun necə öldürülməsi ərazidəki müşahidə kameralarından biri tərəfindən lentə alınıb.
Araşdırmalar davam etdirilir.