​Bakı sakini ÖZÜNÜ ÖLDÜRDÜ

Bakıda intihar olub.
APA-nın məlumatına görə, paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsində yaşayan Elxan Ağahəsən oğlu Mirzəyev kimyəvi məhlul içərək özünü öldürüb.
Faktla bağlı Xəzər rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.