Bakı sakini işığını kəsən mühəndisin ayaqlarını doğradı

Mühəndis yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bakıda ev sahibinin işıq borcu onun daha bir cinayətə əl atmasına səbəb olub.

Sabunçu sakini borcu olduğuna görə işığını kəsmək istəyən mühəndisin ayaqlarını doğrayıb.

Sabunçu qəsəbəsi Natavan küçəsində elektrik enerjisinə borcu olduğu üçün rayon Elektrik Şöbəsinin mühəndisi, 1980-ci il təvəllüdlü Teymur Dadaşov  tərəfindən enerjisi dayandırılan zaman Tengiz adlı şəxs onun hər iki ayağından kəsici alətlə vurub. Mühəndis yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib(qafqazinfo).