​Bakı-Quba yolunun kənarında KİŞİ MEYİTİ TAPILDI

Bu gün günorta saatlarında Bakı-Quba yolunun Şabranın Ağalıq kəndi ərazisindən keçən hissəsində, yol kənarında kişi meyiti tapılıb.
APA-nın şimal bürosunun məlumatına görə, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Həmin şəxsin Şabran rayon sakini,1957-ci il təvəllüdlü Səfər Həmidov olduğu müəyyənləşdirilib.
İkin ehtimala əsasən S. Həmidov ürək tutmasından dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar davam etdirilir.