Bakı-Quba yolunda qəza: xəsarət alanlar var

Baxış sayı:
5357

Şabran rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Bakı-Quba yolunun 110-cu kilometrliyində, Şabran rayonunun Ağbaş kəndi ərazisində hərəkətdə olan iki minik avtomobili toqquşub.

Nəticədə, avtomobillərdə olan 1959-cu il təvəllüdlü Ələm Bəhman oğlu Azayev, 1959-cu il təvəllüdlü İlham Gülümbala oğlu Gülmirzəyev və 1964-cü il təvəllüdlü Azayeva Aidə Dünyamalı qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılıblar.

Onların vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.