Bakı Quba YOLUNDA QƏZA: Sürücünün dodağı qopdu - VİDEO

Baxış sayı:
199

Bakı Quba yolunun 84-cü kilometrliyində yol nəqliyyat hadisəsi baş verib. 
Nəticədə Ford markalı avtomobil beton maneyəyə çırpılıb. Qəza zamanı avtomobildə olan 3 nəfər Xaçmaz rayon sakini - Abıyev Hicran, Abıyev Ramin və Məmmədəliyeva Reyhan yaralanıb. 
Sürücü Abıyev Ramin "Yeni Sabah"a açıqlamasında bildirib ki, Bakıya yük maşınında pomidor və bibər gətirirmiş. Qəza zamanı sürücüyə ümumilikdə 5 min ziyan dəyib.
Yaralılar Siyəzən Diqanostika Mərkəzinə yerləşdirilib. Sürücü hadisəyə səbəb kimi yol nişanının düzgün qoyulmamasını göstərib. 
Qəza zamanı pomidor, bibər və fındıq magistiral yola dağılıb.
Qeyd edək ki, hadisə zamanı sürücünün dodağı qopub.