​Bakı-Quba yolunda "Mercedes" yanıb kül oldu - YANĞIN VİDEOSU

Baxış sayı:
5875

Ötən gecə Bakı-Quba magistral yolunda avtomobil yanıb.
Magistral yolun Xızı rayonunun Yaşma kəndindən keçən hissəsində "Mercedes c Klass" markalı minik avtomobili yanmağa başlayıb. Avtomobildə olan şəxslər vaxtında nəqliyyat vasitəsini tərk etdiyindən xəsarət alan olmayıb. Minik avtomobili tamamilə yanaraq kül olub.
Hadisə yerindən çəkilmiş görüntüləri təqdim edirik./Publika.az