​Bakı-Quba yolunda AĞIR QƏZA: 7 yaralı

Baxış sayı:
4978

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Magistralın Xızının Yaşma kəndi ərazisindən keçən hissəsində avtobusla minik maşının toqquşması nəticəsində 7 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Sumqayıt Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır. (apa)