Bakı-Quba yolunda AĞIR QƏZA: 5 nəfər...

Baxış sayı:
7519

Bakı-Quba yolunda baş verən qəzada bir neçə nəfər xəsarət alıb. Məlumata görə, magistral yolda iki avtomobilin toqquşması zamanı Quba rayon sakinləri - 1984-cü il təvəllüdlü Məmmədov Bəxtiyar Fazil oğlu, 1995-ci il təvəllüdlü Vəliyeva Xəyalə Vasil qızı, Vəliyev Rafael Nemət oğlu, 1964-cü il təvəllüdlü Vəliyeva Hüriyyə Şıxbaba qızı və 2013-cü il təvəllüdlü Əmrahov Nihad Xəyal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. İlkin tibbi yardım göstərilən yaralılar ambulator müalicəyə buraxılıb. Faktla bağlı araşdırma aparılır.//Report.az