Bakı-Quba yolunda ağır qəza: 4 nəfər ölüb

Baxış sayı:
7897

Bu gün axşam saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistral yolun 75-ci km-də qeydə alınıb. “Mercedes” markalı maşınla “Lada Kalina” markalı nəqliyyat vasitəsi toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 4 nəfər dünyasını dəyişib, 2 nəfər xəsarət alıb. Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Faktla bağlı araşdırmalar davam etdirilir.