Bakı-Pirşağı elektrik qatarı hərəkətə başlayır - BİLETLƏRİN QİYMƏTİ 40 QƏPİKDƏN 2 MANATADƏK DƏYİŞİR

Baxış sayı:
366

Sabahdan Bakı-Pirşağı-Bakı qatarı hərəkətə başlayır.

“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, Sabunçu-Pirşağı-Sabunçu sahəsində infrastrukturun əsaslı təmir işlərinin başa çatması ilə əlaqədar, bu istiqamətdə hərəkət edən  elektrik qatarının marşrutu Pirşağı stansiyasına kimi uzadılır.

Hələlik gün ərzində Bakıdan Pirşağıya və Pirşağıdan Bakıya 8 qatar hərəkətdə olacaq.

Bakı-Pirşağı-Bakı marşrutu üzrə elektrik qatarının tarif cədvəli: