Bakı-Pirşağı elektrik qatarı bu tarixdə işə düşəcək - CƏDVƏL/QİYMƏT

Baxış sayı:
4522

Bakı-Pirşağı-Bakı elektrik qatarlarının hərəkət vaxtı məlum oldu. "Azərabaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən Muxalifet.az-a verilən məlumata görə, elektrik qatarları dekabr ayının 2-sindən fəaliyyətə başlayacaq. Belə ki, Sabunçu-Pirşağı-Sabunçu sahəsində infrastrukturun əsaslı təmir işlərinin başa çatması ilə əlaqədar, bu istiqamətdə hərəkət edən elektrik qatarının marşrutu Pirşağı stansiyasına kimi uzadılır. Hələlik gün ərzində Bakıdan Pirşağıya və Pirşağıdan Bakıya 8 qatar hərəkətdə olacaq. Tariflər və qatarların hərəkət qrafiki ilə aşağıdakı cədvəllərdə tanış ola bilərsiniz.